Gədəbəy rayonunda yeniyetmə oğlan dəm qazından boğulub.
Medianews.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Arıxdam kəndində baş verib.
Kənd sakini, 2014-cü il təvəllüdlü S.Bayramov axşam saatlarında evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.