“Çiyin ağrısı ağciyər xərçənginin əlaməti ola bilər”.
Medianews.az xəbər verir ki, bunu onkoloq Ceyms Uilson deyib.
Onkoloq bildirib ki, öskürək və sinə ağrısı ağciyər xərçəngində dərhal özünü göstərmir. Ağciyər toxumasında demək olar ki, sinir lifləri yoxdur, buna görə də xərçəng sinirlərə və digər orqanlara yayılana qədər hiss olunmadan inkişaf edə bilər. O izah edib ki, ağciyərin əhatəsində sinir şəbəkəsi mövcuddur, buna görə də şiş oraya çatdıqda və ya orqanın kənarında yerləşdikdə ağrı yaranır.
Lakin, onkoloqun sözlərinə görə, sinədə deyil, çiyin nahiyəsində ağrı ağciyər xərçəngini göstərə bilər. Bu, adətən şiş diafraqmanı qıcıqlandırdıqda baş verir. O, əlavə edib ki, xərçəngin limfa düyünlərinə yayılması da çiyin ağrısına səbəb ola bilər. Bununla belə, Uilson ağrının sonrakı mərhələlərdə baş verdiyini vurğulayıb və erkən aşkarlama üçün müntəzəm tibbi müayinələrin aparılmasını tövsiyə edib.
Medianews.az