Medianews.az
Nikah və boşanmada rekord və antirekord illəri
112 baxış

Nikah və boşanmada rekord və antirekord illəri

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2025-ci ildə Azərbaycanda hər 1000 nəfərə 4,7 nikah, 2 boşanma düşüb. Medianews.az bildirir ki, bu göstəricilər dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildən bəri ikinci pis göstəricilərdir.

Nikahda ən aşağı göstərici koronavirus pandemiyası dalğasında toyların qadağan olunduğu 2020-ci ilə aiddir: 1000 nəfərə 3,5 nikah.

Hər 1000 nəfərə 4,7 nikah axırdan ikinci göstəricidir və 2025-ci illə yanaşı 1999-cu ildə də qeydə alınıb.

1991-ci il 1000 nəfərə 10,4 nikahla ilk sırada gəlir.

35 ildə boşanmanın ən yüksək göstəricisi 2023 və 2024-cü illərdə rəsmiləşib: 1000 nəfərə 2,1 boşanma.

Ən aşağı göstərici 1999-cu ildə tarixə düşüb: 1000 nəfərə 0,6 boşanma.

Nikah

1991-ci il – 1000 nəfərə 10,4 nikah
1992 və 2007-ci illər – 9,5 nikah
1993-cü il – 8,1 nikah
1994-cü il – 6,3 nikah
1995-ci il – 5,7 nikah
1996 və 2000-ci illər – 5 nikah
1997 və 2022-ci illər – 6,1 nikah
1998 və 2001-ci illər – 5,2 nikah
1999 və 2025-ci illər – 4,7 nikah
2002-ci il – 5,1 nikah
2003-cü il – 6,8 nikah
2004-cü il – 7,5 nikah
2005-ci il – 8,5 nikah
2006-cı il – 9,4 nikah
2008-ci il – 9,2 nikah
2009-cu il – 8,8 nikah
2010-cu il – 8,9 nikah
2011-ci il – 9,7 nikah
2012-ci il – 8,6 nikah
2013-cü il – 9,3 nikah
2014-cü il – 9 nikah
2015-ci il – 7,2 nikah
2016-cı il – 6,9 nikah
2017-ci il – 6,5 nikah
2018 və 2019-cu illər – 6,4 nikah
2020-ci il – 3,5 nikah
2021-ci il – 5,6 nikah
2023-cü il – 5,3 nikah
2024-cü il – 4,9 nikah

Boşanma

1991, 2017, 2018 və 2020-ci illər – 1000 nəfərə 1,5 boşanma
1992, 2013, 2014 və 2015-ci illər – 1,3 boşanma
1993, 2006, 2008 və 2009-cu illər – 0,9 boşanma
1994, 1997, 2003 və 2004-cü illər – 0,8 boşanma
1995, 1996, 1998, 2000, 2001 və 2002-ci illər – 0,7 boşanma
1999-cu il – 0,6 boşanma
2005-ci il – 1,1 boşanma
2007 və 2010-cu illər – 1 boşanma
2011 və 2012-ci illər – 1,2 boşanma
2016-cı il – 1,4 boşanma
2019 və 2021-ci illər – 1,7 boşanma
2022-ci il – 1,6 boşanma
2023 və 2024-cü illər – 2,1 boşanma
2025-ci il – 2 boşanma.

Toğrul Əli,
Medianews.az

 

Bizə qoşulun