Hazırda “Hizbullah” atəşkəsə qarşı çıxır, heç bir razılaşma yoxdur. Buna görə də məsələni qərar qəbul edilməsi üçün gündəmə çıxarmıram. Əgər razılaşsalar, onu təsdiqiniz üçün sizə təqdim edəcəm”.
Medianews.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu Livanda atəşkəslə bağlı bəzi nazirlərin etirazlarına cavab olaraq deyib.
Netanyahu vurğulayıb ki, “Hizbullah” razılaşmanı qəbul edənədək atəşkəs məsələsini kabinetin səsverməsinə çıxarmayacaq.//Bakues.az