Medianews.az
"Nefti nə istehsal etmək, nə də satmaq mümkün olacaq" -
228 baxış

"Nefti nə istehsal etmək, nə də satmaq mümkün olacaq" - İran parlamentinin sədri

İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf sosial şəbəkədə paylaşım edib.

Medianews.az-ın məlumatına görə, o bildirib ki, Yaxın Şərqdə müharibə bitməyincə neft bahalaşmaqda davam edəcək və bu, qlobal iqtisadiyyata ciddi zərbə vuracaq.

Qalibaf qeyd edib ki, müharibə bu şəkildə davam edərsə, yaxın vaxtlarda nefti nə istehsal etmək, nə də satmaq mümkün olacaq.

Fevralın 28-də ABŞ və İsrailin İrana hücumundan sonra dünya enerji bazarlarında qiymətlər sürətlə bahalaşıb. Neftin qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.

Martın 6-da “Brent” markalı neftin bir barrelinin qiyməti 8,5% artaraq 92,69 dollar olub. Halbuki cəmi bir həftə əvvəl bu göstərici 70 dollar idi. Eyni zamanda ABŞ-də əsas etalon sayılan xam neftin qiyməti də 12,2% artaraq bir barreli 90,90 dollara çatıb.

Bizə qoşulun