Medianews.az
"Neftçi" "Dinamo" ilə
84 baxış

"Neftçi" "Dinamo" ilə qarşılaşacaq

UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsində "Neftçi"nin rəqibi bəlli olub.

Medianews.az xəbər verir ki, Bakı təmsilçisi növbəti turda Belarusun "Dinamo" (Minsk) komandası ilə qarşılaşacaq.

"Dinamo" I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubunu mübarizədən kənarlaşdırıb. İlk görüşdə 0:1 hesabı ilə məğlub olan Belarus təmsilçisi cavab matçında 1:0 hesablı qələbə qazanaraq oyunu əlavə vaxta daşıyıb. Qalib penaltilər seriyasında müəyyənləşib və "Dinamo" rəqibini 6:5 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə əldə edib.

Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də, cavab qarşılaşmaları isə iyulun 30-da keçiriləcək.

Bizə qoşulun