Medianews.az
Neft: hasilat normaları necə dəyişib?
939 baxış

Neft: hasilat normaları necə dəyişib?

Neft ixracatçılarının OPEK+ koalisiyasına daxil olan 8 ölkənin hasilat normalarına yenidən baxılıb.

Medianews.az-ın məlumatına görə, noyabr ayından Səudiyyə Ərəbistanı gündə 10 milyon 61 min barrel, Rusiya 9 milyon 532 min barrel, İraq 4 milyon 255 min barrel, Birləşmiş Ərəb Əmirlikləri 3 milyon 399 min barrel, Küveyt 2 milyon 569 min barrel, Qazaxıstan 1 milyon 563 min barrel, Əlcəzair 967 min barrel, Oman 808 min barrel xam neft çıxara bilər.

Qalan ölkələrin gündəlik hasilat kvotaları belədir: Meksika – 1 milyon 753 min barrel, Nigeriya – 1 milyon 500 min barrel, Azərbaycan – 551 min barrel, Malayziya – 401 min barrel, Konqo – 277 min barrel, Bəhreyn – 196 min barrel, Qabon – 177 min barrel, Cənubi Sudan – 124 min barrel, Bruney – 83 min barrel, Ekvatorial Qvineya – 70 min barrel, Sudan – 64 min barrel.

OPEK-ə Birləşmiş Ərəb Əmirlikləri, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Liviya, Qabon, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela daxildir, Azərbaycan, Bəhreyn, Braziliya, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan tərəfdaşlar sayılır.

Azərbaycanın 2025-ci il büdcəsində bir barrel neft 70 dollardan götürülüb. “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01, avqusta 72,70, sentyabra 70,54, oktyabra 69,86 dollarla başlayıb.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun