Medianews.az
Xərçəng riskini artıran
77 baxış

Xərçəng riskini artıran əsas amillər

“Nature Medicine” jurnalında dərc olunan araşdırmaya görə, dünyada xərçəng hallarının təxminən 40 faizi dəyişdirilə bilən risk faktorları ilə bağlıdır.

Medianews.az xəbər verir ki, Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin alimləri 185 ölkədə qeydə alınan 18,7 milyon yeni xərçəng hadisəsini analiz ediblər.

Nəticələr göstərib ki, 7 milyondan çox hal siqaret, alkoqol, infeksiyalar, piylənmə və hava çirklənməsi kimi amillərlə əlaqəlidir.

Araşdırmada əsas risk faktoru kimi siqaret göstərilib. Bundan əlavə, insan papilloma virusu və hepatit kimi infeksiyalar, həmçinin spirtli içki istifadəsi də xərçəng riskini ciddi şəkildə artırır.

Alimlər bildirirlər ki, sağlam həyat tərzi, peyvəndləmə, fiziki aktivlik və ətraf mühitin qorunması sayəsində bir çox xərçəng növünün qarşısını almaq mümkündür.

Medianews.az

Bizə qoşulun