Çiyələk mövsümünün başlaması ilə mütəxəssislər bu meyvənin saxlanması ilə bağlı vacib xəbərdarlıq ediblər.
Medianews.az xəbər verir ki, çiyələklər düzgün yuyulmadıqda həm tez xarab olur, həm də dadını itirir.
Mütəxəssislər çiyələklərin əvvəlcədən deyil, məhz istifadə ərəfəsində yuyulmasını tövsiyə edir. Əvvəlcədən yuyulan meyvə daha tez yumşalır və xarab olur.
Çiyələyi təmizləmək və daha uzun müddət saxlamaq üçün sirkəli sudan istifadə məsləhət görülür. Bunun üçün suya bir qədər alma və ya üzüm sirkəsi əlavə edilir, çiyələklər bu qarışımda 5–10 dəqiqə saxlanıldıqdan sonra təmiz su ilə yuyulur.
Yuyulduqdan sonra meyvənin düzgün qurudulması da vacibdir. Çiyələklər kağız dəsmal üzərində tək qat düzülməli, üst-üstə yığılmamalıdır. Bu üsul artıq nəmin qarşısını alaraq meyvənin daha uzun müddət təzə qalmasına kömək edir.
Medianews.az