Medianews.az
Musiqiçi 30 metr hündürlükdən
129 baxış

Musiqiçi 30 metr hündürlükdən dənizə düşərək ölüb

Türkiyənin Antalya şəhərində 38 yaşlı musiqiçi Gizem İşken sahil qayalığından dənizə düşərək həyatını itirib.

Medianews.az xəbər verir ki, hadisə dünən axşam saat 19:30 (Bakı vaxtı ilə 20:30) radələrində Gənclik məhəlləsində yerləşən Tevfik Işık küçəsində baş verib.

Məlumata görə, Gizem İşken dostları ilə birlikdə vətəndaşların mənzərə izləmək üçün tez-tez getdiyi təxminən 30 metr hündürlüyündəki sahil qayalığına gəlib. Onlar gətirdikləri düşərgə stullarını qayalığın kənarına yaxın yerə qoyaraq söhbət etməyə başlayıblar.

Bir müddət sonra dostlarının yanından ayrılan Gizem İşken yaxınlıqdakı cığır istiqamətində hərəkət edərkən müvazinətini itirib və təxminən 30 metr yüksəklikdən dənizə yıxılıb.

Dostları dərhal 112 Təcili Yardım Xidmətinə məlumat veriblər. Hadisə yerinə yanğınsöndürənlər gəlib. Polis əraziyə giriş-çıxışı məhdudlaşdırıb.

Havanın qaranlıq olması və quru yolla əraziyə çatmağın mümkün olmaması səbəbindən Antalya Polis İdarəsinin Dəniz Limanı şöbəsinə məxsus kater və dalğıclar hadisə yerinə göndərilib. Polisi qadını suyun üzərində hərəkətsiz vəziyyətdə tapıblar.

Təcili tibbi yardım əməkdaşlarının apardığı müayinə zamanı Gizem İşkenin həyatını itirdiyi müəyyən edilib. Hadisə yerində aparılan araşdırmadan sonra meyit ölüm səbəbinin dəqiqləşdirilməsi üçün morqa aparılıb.

Medianews.az

Bizə qoşulun