Reanimasiyaya yerləşdirilən türkiyəli aktyor Murat Cemcirin səhhəti ilə bağlı xəstəxanadan açıqlama verilib.
Medianews.az xəbər verir ki, bu barədə Sözcü məlumat yayıb.
Verilən məlumata görə, divertikulyar qanaxma səbəbiylə lazımi müdaxilələr edilib. Müalicə müsbət nəticə verdiyi üçün aktyorun bu gün reanimasiyadan çıxacağı gözlənilir.
Medianews.az