1970-ci illərin tanınmış müğənnisi Tülay Özer 79 yaşında vəfat edib. O, böyrək çatışmazlığı səbəbilə uzun müddətdir dializ müalicəsi alırdı.
Medianews.az xəbər verir ki, sənətçinin vəfat xəbərini musiqi prodüseri Hakan Eren yayıb. O, sosial şəbəkədə "Səhər aldığımız pis xəbər… Tülay Özer bacımızı itirdik" sözlərini yazıb.
Tülay Özer "Büklüm Büklüm", "İkimiz Bir Fidanız", "Kalbime Sana Vermiştim" kimi mahnılarla tanınıb və 1970–80-ci illərdə türk musiqisinə töhfə verib.
Erzincanda anadan olan sənətçi 1972-ci ildən musiqi karyerasına başlayıb. O, həm də müğənni Zerrin Özerin bacısıdır.//BAKU.WS