Medianews.az
Misir İsrailə tələb
84 baxış
Yüklə

Misir İsrailə tələb irəli sürdü

Misir Xarici İşlər Nazirliyi İsraildən Livana qarşı hücumları dərhal dayandırmağı tələb edib.

Medianews.az xəbər verir ki, buna səbəb ABŞ və İran arasında iki həftəlik atəşkəsin elan edilməsi olub.

Xarici siyasət qurumunun bəyanatında vurğulanır ki, atəşkəs İsrailin qonşu ölkəyə zərbələrini dayandırmasına səbəb olmalıdır.

Diplomatlar xatırladıblar ki, ABŞ prezidenti Donald Tramp da atəşkəsin əhəmiyyətini qeyd edib. Buna baxmayaraq, Livandakı vəziyyət hələ də kritik olaraq qalır.

Medianews.az

Bizə qoşulun