Medianews.az
Milli Onkologiya Mərkəzində PARTLAYIŞ:
334 baxış

Milli Onkologiya Mərkəzində PARTLAYIŞ: Ölən var

Aprelin 30-u Milli Onkologiya Mərkəzinin şüa-diaqnostika şöbəsində partlayış baş verib.

Medianews.az Oxu.Az-a istinadla xəbər verir ki, şöbənin birinci mərtəbəsində qeydə alınan hadisə zamanı xəstə Mübariz Əliyev həlak olub, həkim-radioloq Asif Nəsirli isə ağır bədən xəsarəti alıb.

O, təcili olaraq hospitalizasiya olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, araşdırma gedir.

Medianews.az

Bizə qoşulun