Medianews.az
Meyvə saat neçədə yeyilməlidir?
86 baxış

Meyvə saat neçədə yeyilməlidir?

Sağlam qidalanma qaydaları arasında tez-tez səslənən fikirlərdən biri də meyvələrin məhz səhər saatlarında qəbul edilməsinin daha faydalı olmasıdır. Bəs bu fikir nə dərəcədə doğrudur?

Medianews.az bildirir ki, səhər saatlarında maddələr mübadiləsi daha aktiv işləyir və qəbul edilən təbii şəkərlər (fruktoza) gün ərzində enerji mənbəyi kimi istifadə olunur. Bu isə meyvədəki şəkərin piyə çevrilmə riskini azaldır.

Meyvələr C vitamini, lif və antioksidantlarla zəngindir. Məsələn, portağal və kivi kimi meyvələr immun sistemini gücləndirir. Səhər acqarına və ya səhər yeməyi ilə birlikdə qəbul edilən meyvələr bu maddələrin daha effektiv sorulmasına kömək edir.

Meyvələrdə olan lif bağırsaqların fəaliyyətini tənzimləyir. Səhər meyvə yemək həzm prosesini aktivləşdirir və gün ərzində şişkinlik riskini azaldır. Bu xüsusilə oturaq həyat tərzi keçirən insanlar üçün faydalıdır.

Səhər saatlarında meyvə yemək qanda şəkər səviyyəsini balanslı şəkildə yüksəldir və ani enerji verir. Bu, iş və ya dərs gününə daha ayıq başlamağa kömək edir.

Axşam saatlarında meyvə yemək tamamilə qadağan deyil. Lakin gec saatlarda qəbul edilən şəkər enerji kimi xərclənmədiyi üçün bəzi hallarda çəki artımına və ya həzm narahatlığına səbəb ola bilər. Xüsusilə şirin və kalorili meyvələri (üzüm, banan və s.) gec yemək tövsiyə edilmir.

Bizə qoşulun