Medianews.az
Məşhurlara qarşı narkotik əməliyyatı:
101 baxış

Məşhurlara qarşı narkotik əməliyyatı: 14 nəfər saxlandı, bir sıra şəxslər barədə axtarış qərarı verildi

Türkiyədə məşhurlarla bağlı aparılan narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib.

Medianews.az xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb.

Bakırköy Prokurorluğunun apardığı istintaq çərçivəsində daxil olan məlumatlar, araşdırılan rəqəmsal materiallar və əldə olunan digər sübutlar əsasında bəzi tanınmış şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etməsi ilə bağlı əsaslı şübhələrin yarandığı bildirilib.

İstintaq çərçivəsində 25 nəfər haqqında saxlanma qərarı çıxarılıb. İstanbul İl Jandarma Komandanlığının əməkdaşları səhər saat 07:00-dan etibarən İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonlarında, eləcə də Muğlada ümumilikdə 25 ünvanda əməliyyat keçirib.

Əməliyyat nəticəsində indiyədək 14 şübhəli saxlanıb. Tutulanlar arasında müğənni Mabel Matiz, aktyorlar Feyza Civelek və Onur Tuna, eləcə də iş adamı Volkan Bahçekapılı da var.

Bundan başqa, Serenay Sarıkaya, Berkay Şahin, Tan Taşçı, Yağmur Ünal və Mirgün Sırrı Cabas daxil olmaqla bir sıra şəxslər barədə axtarış qərarı verildiyi bildirilib.

İstintaq tədbirləri davam edir.

Medianews.az

 

Bizə qoşulun