Almaniyalı siyasətçi, ölkə parlamentinin - Bundestaqın xarici məsələlər komitəsinin sədri Armin Laşet elektrik skuterini idarə edərkən qəzaya uğrayıb.
Medianews.az bildirir ki, məşhur siyasi xadimin çiyin sümüyü sınıb. O, hazırda qol asqısı ilə məhdud hərəkət edə bilsə də, işini davam etdirir və bir neçə tədbirə qolu sarğılı görünüb.
Qəzanın necə baş verdiyi hələ məlum deyil.

Laşet paytaxt Berlində tez-tez elektrik skuteri ilə hərəkət edən siyasətçilərdən biridir.
Həkimlərin dediyinə görə, sağalma prosesi bir neçə həftədən üç aya qədər çəkə bilər.

Armin Laşet 2017-2021-ci illərdə Şimali Reyn-Vestfaliya torpağının baş naziri vəzifəsində çalışıb. 2021-2022-ci illərdə Xristian Demokrat İttifaqına sədrlik edib və kansler postuna namizədlərdən biri olub.