Türkiyəli tanınmişı müğənni Bayhan “Survivor 2026” yarışmasını tərk edib.
Medianews.az xəbər verir ki, yarışmanın ötən həftə yayımlanan buraxılışında xəsarət alan müğənni qanaxma səbəbindən xəstəxanaya çatdırılmışdı.
Hadisə həm iştirakçılar, həm də tamaşaçılar arasında narahatlıq yaratmışdı.
Müğənninin bir müddət həkim nəzarətində saxlanıldığı bildirilib. Yarışmanın aparıcısı Acun Ilıcalı açıqlamasında Bayhanın vəziyyətinin riskli olduğunu deyərək onun yarışmaya davam etməyəcəyini bildirib.
“Yenidən qəza və ya səhhət problemi yaşana bilər. Bu riski qəbul etmək istəmirik”, – deyə Acun Ilıcalı qeyd edib.
Bayhan da sosial şəbəkə hesabında canlı yayım açaraq “Survivor 2026 mənim üçün artıq başa çatdı. Qalan iştirakçılara uğurlar arzulayıram” sözlərini deyib.
Medianews.az