Medianews.az
Məşhur müğənni Ramazan paylaşımına görə tənqid edildi -
142 baxış

Məşhur müğənni Ramazan paylaşımına görə tənqid edildi - VİDEO

Müğənni və UNICEF-in (Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu Uşaq Hüquqları Müdafiəçisi Hadisənin Ramazan ayı ilə bağlı ianə videosu Türkiyədə müzakirələrə səbəb olub.

Medianews.az xəbər verir ki, sənətçinin videoda Türkiyəni Qəzza və Sudanla eyni kontekstdə qeyd etməsi tənqid edilib.

Videoda “Bu Ramazanda dünyanın heç bir yerində ac uşaq qalmasın. Türkiyədən Qəzzaya, Sudandan Afrikanın ən ucqar kəndlərinə qədər...” ifadələri yer alıb. Sosial şəbəkələrdə bəzi istifadəçilər Türkiyənin yardım alan deyil, yardım göstərən ölkə olduğunu bildirərək paylaşımı sərt tənqid ediblər.

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral məsələ ilə bağlı açıqlamasında bu yanaşmanı “qəbuledilməz” adlandırıb və Türkiyənin böhran bölgələrinə yardım edən ölkə olduğunu vurğulayıb.

Tənqidlərdən sonra açıqlama yayan Hadisə bildirib ki, 2022-ci ildən UNICEF-in Türkiyə üzrə uşaq hüquqları müdafiəçisidir və bu müddətdə uşaqlarla bağlı müxtəlif sosial layihələrdə iştirak edib. Onun sözlərinə görə, Ramazan videosu UNICEF tərəfindən təqdim olunan mətn əsasında hazırlanıb və məqsəd xeyirxahlıq çağırışı etmək olub.

“Mən bu vətəni sevən bir qadınam. Türkiyə güclü dövlətdir və hər zaman ehtiyacı olanların yanındadır. Ölkəmiz həm daxildə, həm də xaricdə yardıma ehtiyacı olanlara dəstək göstərir. Arzum daha ədalətli dünyada bütün uşaqların təhlükəsiz və bərabər şəraitdə yaşamasıdır” – deyə sənətçi qeyd edib.

Sosial mediada müzakirələr davam edir.

Medianews.az

Bizə qoşulun