Medianews.az
Məşhur çayın inanılmaz
73 baxış

Məşhur çayın inanılmaz FAYDALARI

Alimlər Yaponiyanın məşhur matça yaşıl çayının orqanizmə geniş faydalar verdiyini açıqlayıblar.

Medianews.az xəbər verir ki, araşdırmaya görə, içki xüsusilə beyin fəaliyyəti və bağırsaq sağlamlığına müsbət təsir göstərə bilər.

Mütəxəssislər bildirirlər ki, matçanın tərkibindəki antioksidantlar, polifenollar və katexinlər qanda şəkərin səviyyəsini, maddələr mübadiləsini və bağırsaq mikroflorasını yaxşılaşdırmağa kömək edir. İçkinin həmçinin sinir sistemini dəstəklədiyi qeyd olunur.

Araşdırmada xüsusi olaraq EGCG adlı güclü antioksidantın iltihab və oksidləşdirici stresslə mübarizədə rol oynadığı vurğulanıb. Çayın tərkibindəki L-teanin maddəsinin isə rahatlama və diqqət toplamağa kömək etdiyi bildirilib.

Medianews.az

Bizə qoşulun