Medianews.az
Gəncədə 35 yaşlı kişi bıçaqlandı - Şübhəli qonşusudur
84 baxış

Gəncədə 35 yaşlı kişi bıçaqlandı - Şübhəli qonşusudur

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Qafqazinfo xəbər verir ki, hadisə şəhərin "Komsomol" adlanan ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 1991-ci il təvəllüdlü İbrahim İbrahimov baş və kürək nahiyyəsinin bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.

Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.

İ.İbrahimovun qonşusu tərəfindən bıçaqlandığı ehtimal edilir.

Faktla bağlı araşdırma başlanılıb.

Bizə qoşulun