Bir vaxtlar Hollivudun ən məşhur simalarından olan amerikalı aktyor Mikki Rurkun son görüntüləri müzakirələrə səbəb olub.
Medianews.az xəbər verir ki, 73 yaşlı aktyor Los-Ancelesdəki evinin qarşısında baxımsız və xeyli yaşlanmış halda kameralara tuş gəlib.
1980–1990-cı illərdə bir çox məşhur filmdə rol alan M. Rurk uzun müddətdir ictimaiyyətdən uzaq yaşayırdı. Məlumata görə, o, son aylarda ciddi maliyyə çətinlikləri ilə üzləşib. Aktyora dekabrın 18-də kirayə borcunu ödəməsi və ya evi boşaltması tələbi ilə 3 günlük xəbərdarlıq göndərilib. Lakin məhkəmə qərarına baxmayaraq, bu tələbə əməl etmədiyi bildirilib.
Məhkəmə sənədlərinə əsasən, Rurkun ev sahibinə 59 min 100 dollar kirayə borcu var. Ev sahibi həmçinin vəkil xərcləri və təzminat tələb edir.
Aktyorun son halı sosial şəbəkələrdə geniş müzakirə olunub. Pərəstişkarları isə ona dəstək mesajları paylaşıb.
Medianews.az