Medianews.az
 Merts Trampı
258 baxış

Merts Trampı qəzəbləndirdi

Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Donald Tramp ilə görüşündə İspaniya və Böyük Britaniyanı müdafiə edib.

Medianews.az xəbər verir ki, martın 3-də Oval kabinetdə keçirilən görüşdə Tramp Avropa ölkələrini tənqid edib, Merts isə açıq mübahisədən yayınaraq əsasən susub.

Lakin o, nahar zamanı qapalı söhbətdə İspaniya və Böyük Britaniyanın ABŞ üçün vacib müttəfiq olduğunu bildirib.

Kanslerin sözlərinə görə, bu mövqe Trampın narazılığına səbəb olub və o, prezidentin tənqidlərini əsassız sayır.

Medianews.az

Bizə qoşulun