Medianews.az
 Məktəblərdə telefon qadağası
106 baxış

Məktəblərdə telefon qadağası qanuna salınır

İngiltərədə Təhsil Nazirliyi ayrı-ayrı məktəblərdə mobil telefondan istifadəyə qoyulan məhdudiyyətləri qanunvericiliyə salmağa hazırlaşır.

Medianews.az xəbər verir ki, məqsəd şagirdlərin bütün günü telefondan asılı qalmamasına nail olmaqdır.

Qanun qəbul ediləndən sonra indiyədək tövsiyə xarakteri daşıyan məhdudiyyətlər artıq məktəblər üçün məcburi olacaq.

Qanun layihəsində məktəblərdə telefonların bağlı saxlanması, xüsusi dolablarda yerləşdirilməsi kimi hallar nəzərdə tutulur.

Təhsil keyfiyyətinə nəzarət edən "Ofsted" (“Office for Standards in Education”) qurumu artıq bu aydan məktəblərdə yeni telefon siyasətinin icrasını yoxlamağa başlayacaq.

Hələlik Birləşmiş Krallığın müxtəlif bölgələrində məktəblərdə telefondan istifadə məsələsinə yanaşma müxtəlifdir. Şotlandiyada məktəb rəhbərlərinə qadağa tətbiq etmək səlahiyyəti verilib. Uelsdə də qərar məktəblərin ixtiyarındadır. Şimali İrlandiyada isə “telefonsuz məktəb” pilot layihəsi icra olunur.

Medianews.az

Bizə qoşulun