Medianews.az
"Məni niyə bu qədər sevdiklərini bilmirəm" — Can Yaman
97 baxış

"Məni niyə bu qədər sevdiklərini bilmirəm" — Can Yaman

Türkiyəli aktyor Can Yaman İtaliyada keçirilən 10-cu BCT Milli Film və Televiziya Festivalında "Ən yaxşı beynəlxalq aktyor" mükafatına layiq görülüb.

Festival çərçivəsində təşkil olunan mükafatlandırma mərasimində aktyora mükafatı festivalın bədii rəhbəri Antonio Fraskadore təqdim edib. Təşkilatçılar Can Yamanın istedadını, xarizmasını və canlandırdığı obrazlarla beynəlxalq uğur qazanmasını yüksək qiymətləndiriblər.

Mərasimdən sonra jurnalistlərin suallarını cavablandıran aktyor İtaliyadakı karyerası və yerli tamaşaçıların ona göstərdiyi maraqdan danışıb.

Can Yaman fevral ayında İtaliyanın ən nüfuzlu tədbirlərindən biri hesab olunan Sanremo Musiqi Festivalının açılış mərasimini aparmasının onun üçün yaddaqalan təcrübə olduğunu bildirib. Daha əvvəl heç vaxt aparıcılıq etmədiyini deyən aktyor bu təcrübənin ona özünəinam qazandırdığını vurğulayıb.

İtaliyada qazandığı populyarlıqla bağlı danışan Can Yaman "Məni niyə bu qədər sevdiklərini mən də bilmirəm", – sözləri ilə diqqət çəkib.

Qeyd edək ki, Can Yaman son illər fəaliyyətini əsasən İtaliyada davam etdirir və müxtəlif televiziya layihələri ilə yanaşı, beynəlxalq tədbirlərdə də fəal iştirak edir.Demokrat.az

Bizə qoşulun