Medianews.az
DÇ-2026:
126 baxış

DÇ-2026: İspaniya finalda!

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında ilk finalçı bəlli olub.

Medianews.az xəbər verir ki, yarımfinalda Fransa yığmasını 2:0 hesabı ilə məğlub edən İspaniya millisi həlledici görüşə vəsiqə qazanıb.

Hesabı 22-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Mikel Oyarsabal açıb. Digər qolu isə 58-ci dəqiqədə Pedro Porro vurub.

İspaniya millisinin finaldakı rəqibi Argentina - İngiltərə oyununun qalibi olacaq. Qarşılaşma bu gün saat 23:00-da keçiriləcək.

Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq.//Bizim.Media

Bizə qoşulun