Medianews.az
Azərbaycan XİN Türkiyəni
91 baxış

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib.

Bu barədə Azərbaycan XİN X sosial şəbəkə hesabında paylaşım edib.

"Demokratiyanın, milli iradənin və birliyin müdafiəsi uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, qəhrəman qazilərə minnətdarlığımızı bildiririk. 15 İyul – Demokratiya və Milli Birlik Gününüz mübarək!", - paylaşımda bildirilib.

Bizə qoşulun