Medianews.az
Məhkəmə katibi sevgilisi tərəfindən
193 baxış

Məhkəmə katibi sevgilisi tərəfindən şantaj edildiyini iddia edir

Türkiyənin İstanbul şəhərində məhkəmədə çalışan qadın katib sosial şəbəkədə tanış olduğu şəxsinin onu şantaj etdiyini iddia edir.

 Medianews.az xəbər verir ki, həmin şəxsin onu aldadaraq pul aldığını və daha sonra gizli çəkilmiş görüntülərlə şantaj etdiyini bildirib.

Məlumata görə, M.A. adlı katib iki il əvvəl sosial mediada özünü “Kənan” kimi təqdim edən Halil Kızmaz ilə tanış olub. Bir müddət sonra tərəflər arasında yaxın münasibət yaranıb. İddialara əsasən, Kızmaz xarici investisiya saytları vasitəsilə yüksək qazanc vəd edərək qadını inandırıb və müxtəlif vaxtlarda ümumilikdə 232 min türk lirəsi alıb.

Bildirilir ki, tərəflərdən birinin işlədiyi məhkəmə binasındakı otaqda birlikdə olduqları anlar Halil Kızmaz tərəfindən gizli şəkildə telefona çəkilib. Qadın verdiyi pulu geri istədikdən sonra isə həmin görüntülərlə şantaj olunduğunu iddia edib. Mesajlarda şikayəti geri götürməyəcəyi halda görüntülərin ailəsinə və yaxınlarına göndəriləcəyi bildirildiyi qeyd olunur.

Şübhəli Halil Kızmaz ittihamları qəbul etməyib. O, telefon nömrəsinin özünə məxsus olduğunu desə də, göndərildiyi iddia olunan mesajları xatırlamadığını bildirib və görüntülərdəki şəxsin də özü olmadığını deyib.

Məlumata görə, Kızmazın daha əvvəl də şantaj maddəsi üzrə məhkumluğu olub. Prokurorluq onun barəsində “şantaj” ittihamı ilə cinayət işi açıb və araşdırma davam edir.

Medianews.az

Bizə qoşulun