Rusiyalı onkoloq Mixail Sudakov mədə xərçənginin xüsusiyyətləri barədə danışıb.
Medianews.az-ın məlumatına görə, həkim bildirib ki, bu xəstəlik çox vaxt yavaş inkişaf edir və erkən mərhələlərdə simptomlar olmaya bilər. Nəticədə bir çox xəstəyə yalnız sonrakı mərhələlərdə diaqnoz qoyulur.
Sudakov qeyd edib ki, xərçəngin inkişafına helikobakter pilori infeksiyası, siqaret, alkoqol, genetik meyl, yüksək duz istehlakı və selikli qişa dəyişiklikləri səbəb ola bilər. Xəstəlik irəlilədikcə udma çətinliyi, qanlı qusma və xoşagəlməz qoxu kimi simptomlar ortaya çıxır.
Onkoloq xatırladıb ki, dördüncü mərhələdə şiş mədədən kənara çıxaraq digər orqanlara, o cümlədən ağciyərlərə metastaz verə bilər.
Medianews.az