Medianews.az
Ürəkbulanmanı dərhal aradan qaldıran
373 baxış

Ürəkbulanmanı dərhal aradan qaldıran təbii üsullar

Ürəkbulanma həm xəstəlik, həm də stress nəticəsində yarana bilər. Bəzən dərmanlar təsirsiz qalır, bu zaman təbii üsullar köməyə gəlir.

Medianews.az təbii üsulları təqdim edir:

Zəncəfil: Təzə zəncəfili dilimləyib 5–10 dəqiqə isti suda dəmləyin və yavaş-yavaş için. “Gingerol” maddəsi mədə əzələlərini sakitləşdirir, yolsa ürəkbulanma tutması və yüngül narahatlıqlarda faydalıdır. İstəsəniz kiçik parçanı çeynəyərək də istifadə edə bilərsiniz.

Nanə çayı: Quru nanəni isti suda dəmləyin. Nanə mədənin düz əzələlərini rahatladır, spazmanı azaldır və həzm narahatlığında təsirlidir.

Limonlu su: İsti suya bir neçə damcı limon əlavə edin. Limon mədədə tarazlığı bərpa edir və xüsusilə səhərlər ürəkbulanmanı yüngülləşdirir.

Çobanyastığı çayı: Qurutulmuş çobanyastığını isti suda dəmləyin. Çobanyastığı həm mədəni sakitləşdirir, həm də stres səbəbli bulantılarda rahatlıq verir.

Bu üsullar mədənin sakitləşməsinə və ürəkbulanmanın sürətlə azalmasına kömək edir.

Medianews.az

 

Bizə qoşulun