Medianews.az
“Maye ölüm” adlandırılan içkilər:
160 baxış

“Maye ölüm” adlandırılan içkilər: həkimlərdən sərt xəbərdarlıq

Amerikalı kardiocərrah Ceremi London uzunmüddətli müşahidələrinə əsaslanaraq bəzi gündəlik vərdişlərin ürək sağlamlığına ciddi zərər verdiyini bildirib.

Medianews.az bildirir ki, o, xüsusilə qazlı içkiləri “mayе ölüm” adlandıraraq onların hətta az miqdarda belə zərərli ola biləcəyini deyib.

Həkim siqaret və alkoqolun orqanizmə ciddi ziyan vurduğunu vurğulamaqla yanaşı, yüksək şəkərli qazlı içkilərin də sağlamlıq üçün təhlükəli olduğunu qeyd edib. Onun sözlərinə görə, bu içkilər yüksək kalorili tərkibə malikdir və bədəndə “toxluq hissi” yaratmır, nəticədə artıq çəki və metabolik pozuntulara səbəb ola bilər.

Digər amerikalı mütəxəssis, Uilyam Li, qazlı içkilərin tərkibindəki şəkər, əlavələr və konservantların uzunmüddətli istifadə zamanı orqanizmdə “zəhər yükü” yarada biləcəyini bildirib.

Araşdırmalara görə, bu içkilər insulin müqavimətini artırır, 2-ci tip diabet və ürək-damar xəstəlikləri riskini yüksəldə bilər. Bəzi tədqiqatlar isə yüksək istehlakın müəyyən xərçəng növləri ilə əlaqəsini göstərir.

Mütəxəssislər qazlı içkilər əvəzinə ən sağlam seçim kimi təmiz suyu tövsiyə edirlər. Alternativ içkilər sırasında şəkərsiz çay, qəhvə, süd və bitki mənşəli süd məhsulları, həmçinin az miqdarda təbii meyvə şirəsi göstərilir.

Həkimlər ümumilikdə şəkərli içkilərin müntəzəm istifadəsinin azaldılmasını və gündəlik maye qəbulunda suya üstünlük verilməsini məsləhət görürlər.

Medianews.az

 

Bizə qoşulun