ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Vaşinqton İranın futbol üzrə dünya çempionatı 2026-da iştirakına mane olmayıb.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ tərəfindən heç kim İrana gəlməməli olduqlarını deməyib.
İranın idman naziri isə mart ayında ölkənin turnirdə iştirakının geosiyasi vəziyyətə görə mümkün olmadığını bildirib. Daha sonra İran Futbol Federasiyası FIFA ilə oyunların ABŞ ərazisindən Latın Amerikası stadionlarına köçürülməsi barədə danışıqlar aparıldığını açıqlayıb.
Çempionat 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. İran G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşmalıdır.
Medianews.az