Meksikada marketdə baş verən hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. Təhlükəsizlik kamerasına düşən görüntülərdə bir uşağın alış-veriş edən gəncin arxasına yaxınlaşaraq saçlarını alışqanla yandırdığı görünür.
Medianews.az xəbər verir ki, hadisə gənc kassada ödəniş etdiyi vaxt baş verib.
Qısa müddət sonra saçlarının alışdığını hiss edən gənc panikaya düşüb.
Market əməkdaşları və ətrafdakı şəxslər dərhal müdaxilə edərək alovun böyüməsinin qarşısını alıblar. Nəticədə yanğın qısa müddətdə söndürülüb.
Yerli mediada yayılan iddialara görə, uşağın bu addımı gəncin qıvrım saçlarını qısqandığı üçün atdığı bildirilir. Hadisə ilə bağlı tərəflərdən rəsmi açıqlama verilməyib.
Görüntülərin yayılmasından sonra olay sosial mediada sürətlə gündəmə çevrilib və çoxsaylı istifadəçilər hadisəyə sərt reaksiya veriblər.