Medianews.az
Gürcüstanın xarici ticarəti -
165 baxış

Gürcüstanın xarici ticarəti - Türkiyə və Azərbaycan neçənci yerdədir?

2026-cı ilin ilk yarısında Gürcüstanın əsas xarici ticarət tərəfdaşı Türkiyə olub. Medianews.az-ın məlumatına görə, Gürcüstanın ticarət dövriyyəsinin 12,8 faizi bu ölkənin payına düşüb.

Əsas tərəfdaşlar siyahısında Rusiya ümumi dövriyyənin 11,8, Çin 11,6, ABŞ 8,4, Azərbaycan 5,3, Almaniya 4,5, Ermənistan 3,9, Qırğızıstan 3,4, Qazaxıstan 2,5, İtaliya 2 faizi ilə göstərilir.

Milli Statistika Xidmətinin açıqlamasına görə, ölkənin ticarət dövriyyəsi 2025-ci ilin ilk yarısı ilə müqayisədə 5,8 faiz, ixrac 20,1 faiz, idxal 0,7 faiz artıb.

Medianews.az

Bizə qoşulun