Müğənni Günel Zeynalova yaşadığı ərazidəki yolların vəziyyətindən gileylənib.
Medianews.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşım edərək Mərdəkan qəsəbəsində bağ evinə gedən yolun təmir olunmasını istəyib.
"Bağımın yolunu göstərirəm. Hər gedib-gəldikcə böyrək daşım silkələnir. Nə olar ki, bu yolu düzəldəsiniz. Xahiş edirəm, Mərdəkan bölgəsindəki bu yolu təmir edin. Təmir zamanı vəziyyət daha da betər olub. Bu, biabırçılıqdır. Nə olar ki, yolu düzəltsəniz" deyə, Günel bildirib.
Qeyd edək ki, Günel bundan əvvəl də Xəzər Rayonu İcra Hakimiyyətinin nümayəndələrinə səslənərək yolların pis vəziyyətdə olduğunu bildirmişdi.