Medianews.az
Səhər yeməyində bu qida
83 baxış

Səhər yeməyində bu qida mütləq olmalıdır

Qastroenteroloq Sergey Vyalov bildirib ki, sağlam səhər yeməyində mütləq yağ tərkibli qidalar yer almalıdır.

Medianews.az xəbər verir ki, həkimin sözlərinə görə, yağlı qidalar uzun müddət toxluq hissi yaradır, ödün durğunluğunun və öd daşı əmələ gəlməsi riskinin azalmasına kömək edir.

Vyalov izah edib ki, insan yatdığı müddətdə orqanizmdə öd ifraz olunur. Səhər saatlarında isə öd kisəsinin normal fəaliyyətə başlaması və toplanmış ödün xaric edilməsi vacibdir. Həkimin sözlərinə görə, bu prosesi məhz tərkibində yağ olan qidalar stimullaşdırır.

Medianews.az

Bizə qoşulun