Medianews.az
Acqarına qəhvə:
71 baxış

Acqarına qəhvə: Kimlərə olmaz?

"Acqarına qəhvə içmək sağlam insanlarda qida borusu və mədəni zədələmir".

Medianews.az xəbər verir ki, bunu diyetoloq Aleksandr Burlakov deyib.

Onun sözlərinə görə, qəhvə mədə turşusunun ifrazını artırsa da, bu, yalnız həssas insanlarda qıcqırma və ya narahatlıq yarada bilər.

Burlakov qeyd edib ki, elmi araşdırmalar qəhvə istehlakı ilə mədə və onikibarmaq bağırsaq xorası, eləcə də reflüks ezofagit (Mədə turşusunun qida borusuna geri qayıtması nəticəsində qida borusunun selikli qişasının iltihablanması və zədələnməsidir) arasında əlaqə aşkar etməyib.

O vurğulayıb ki, turşuluğun artması mədə-bağırsaq selikli qişasının zədələnməsi demək deyil və sağlam insanlarda belə bir risk müşahidə olunmur.

Medianews.az

Bizə qoşulun