Medianews.az
Maltada fişəng zavodunda
68 baxış

Maltada fişəng zavodunda partlayış baş verib

Maltada fişəng və digər pirotexnik vasitələr istehsal edən “Lourders Fireworks Factory” zavodunda partlayış baş verib.

Medianews.az bu barədə Trend-ə istinadla xəbər verir.

Məlumata görə, insident yerli vaxtla 06:35 radələrində (Bakı vaxtı ilə 08:35-də) baş verib. Hadisədən sonra müəssisənin üzərindən qatı qara tüstü qalxmağa başlayıb. Partlayış yaxınlıqdakı yaşayış evlərinə, avtomobillərə və digər obyektlərə ziyan vurub.

Yerli mülki müdafiə qurumunun nümayəndəsi mətbuata bildirib ki, ilkin məlumata görə, partlayış anında zavodun ərazisində heç kim olmayıb. Bununla belə dağıntılar altında hər ehtimala qarşı axtarışla davam etdirilir.

Qeyd olunur ki, hadisə vaxtı müəssisənin yaxınlığından keçən bir kuryer üzərinə uçan dağıntıların düşməsi nəticəsində yüngül yaralanıb.

Polis və mülki müdafiə qurumunun əməkdaşları qəzanın səbəbləri ilə bağlı araşdırma aparır.

Bizə qoşulun