Medianews.az
Maks Ferstappenin planları bəlli oldu
92 baxış

Maks Ferstappenin planları bəlli oldu

"Formula-1"in dördqat çempionu, 28 yaşlı niderlandlı ulduz sürücü Maks Ferstappen karyerası ilə bağlı mühüm qərar qəbul edib.

Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, o, yarışlardan heç bir fasilə götürmədən 2026-cı il mövsümünün sonunadək, hətta bəlkə də daha uzun müddətə "Red Bull" komandasının heyətində çıxışını davam etdirməyi planlaşdırır.

Jurnalist Conatan Makevoy idmançının komandaya bağlılığını xüsusi vurğulayıb:

"Əldə etdiyimiz məlumata görə, təbiətcə sadiq insan olan Ferstappen hazırda komandanı tərk etməyi düşünmür və ilin sonuna kimi, bəlkə də daha uzun müddətə "Red Bull"da qalacaq. Məlumatlı mənbələr mənə bildirdilər ki, o, bütün "Formula-1" karyerasını keçirdiyi və böyük uğurlar qazandığı təşkilata sadiq qalmaq istəyir".

Bizə qoşulun