Medianews.az
Mak Allister Messiyə haqqında:
93 baxış

Mak Allister Messiyə haqqında: "39 yaşında belə fərqi yaradır"

Argentina millisinin yarımmüdafiəçisi Aleksis Mak Allister komandanın kapitanı Lionel Messinin gələcəyi barədə danışıb.

Medianews.az xəbər verir ki, Aleksis Messinin milli komandada daha uzun müddət qalıb-qalmayacağı ilə bağlı suala cavab verib.

Futbolçunun sözlərinə görə, 39 yaşında olmasına baxmayaraq, Messi hələ də oyunlarda fərqi yaradır və komanda üçün çox vacib fiqurdur: "Bu, çətin məsələdir. Sonda qərarı yalnız Leo özü verəcək. Bilmirəm, artıq qərar qəbul edib, ya yox. Amma əgər hələ qərar verməyibsə, ona həmişə deyirik ki, bu yaşda belə o, fərqi yaradır. Bu bizim üçün çox önəmlidir. Ümid edirik ki, mümkün qədər uzun müddət bizimlə qalacaq", – deyə Mak Allister bildirib.

Qeyd edək ki, Argentina millisi DÇ-2026 finalında iyulun 19-da İspaniya ilə qarşılaşacaq. 39 yaşlı Lionel Messi üçün bu, karyerasında növbəti dünya çempionatı finalı olacaq.

Medianews.az

Bizə qoşulun