Medianews.az
Maduro Nyu-Yorka gətirildi -
411 baxış

Maduro Nyu-Yorka gətirildi - VİDEO

Venesuela Prezidenti Nikolas Maduro Nyu-Yorka gətirilib.

Publika.az xəbər verir ki, Venesuela liderinin Narkotiklərlə Mübarizə İdarəsinin Nyu-York ofisində görüntüləri Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

Yayımlanan videoda Maduronun agentlərin nəzarəti altında dəhlizdə əlləri qandallı şəkildə getdiyi görünür.

Bu görüntülər Venesuela Prezidentinin Nyu-Yorka gəlişinin ilk rəsmi sübutudur.

"NBC News"un məlumatına görə, Venesuela liderinin yanvarın 5-də Manhetten federal məhkəməsində narkotik və silah qaçaqmalçılığı ittihamları ilə hakim qarşısına çıxarılacağı gözlənilir.

Bizə qoşulun