Medianews.az
"Liverpul" rekorda, Məhəmməd Salah antirekorda
103 baxış

"Liverpul" rekorda, Məhəmməd Salah antirekorda imza atıb

"Liverpul" klubu İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Medianews.az "Report"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi buna XXVII turda "Nottinqem Forest"i məğlub etdiyi matçda (1:0) nail olub.

Komandanın qələbə qoluna 90+7-ci dəqiqədə Aleksis Makallister imza atıb.

"Liverpul" cari mövsüm 90-cı və uzatma dəqiqələrində 7 dəfə qələbə topunu vurub. Bu, Premyer Liqa tarixində ilk belə göstəricidir.

Məhəmməd Salah isə hazırkı ölkə çempionunda antirekordla yadda qalıb. O, ardıcıl 9 oyundur ki, çempionatda fərqlənə bilmir. Bu, misirli forvardın Premyer Liqadakı ən uğursuz seriyasıdır.

Salah son olaraq noyabrın 1-də, "Aston Villa"ya qalib gəldikləri qarşılaşmada (2:0) qol vurub.

Bizə qoşulun