Medianews.az
Leyla Rəhimova:
76 baxış

Leyla Rəhimova: Heydər Əliyev Sarayında çıxış etmək mənim arzum idi

Müğənni Leyla Rəhimova Heydər Əliyev Sarayında ilk solo konsertini verib.

Medianews.az xəbər verir ki, səhnə arxasında jurnalistlərə açıqlama verən ifaçı bildirib ki, bu, onun ikinci solo konserti olsa da, Heydər Əliyev Sarayındakı ilk çıxışıdır.

“Heydər Əliyev Sarayında oxumaq arzum idi və bu gün o gündür. Həyəcan hər zaman var. İstər solo konsert, istərsə də adi səhnə çıxışı olsun, canlı ifa sənətçi üçün böyük məsuliyyətdir. Bu axşam bütün mahnılarımı oxumaq istərdim, amma onlardan bir neçəsini səsləndirəcəyəm”, – deyə Leyla Rəhimova bildirib.

Müğənni konsertdə iki fərqli səhnə geyimi ilə çıxış edəcəyini də qeyd edib.

Rəhimova həmçinin konsertdə iştirak edən sənətkar dostlarına, xüsusilə Xanım İsmayıl qızına təşəkkür edərək, onun sənət yolunda hər zaman böyük dəstək göstərdiyini vurğulayıb.

Bizə qoşulun