Medianews.az
Yeni dron qalmaqalı
138 baxış

Yeni dron qalmaqalı

Latviyanın hava məkanına pilotsuz uçuş aparatı (PUA) daxil olub.

Medianews.az xəbər verir ki, pilotsuz aparat NATO-nun, daha dəqiqi, Baltik ölkələrin hava məkanında keşik çəkən Fransanın qırıcıları tərəfindən məhv edilib.

Vurulan PUA-nın hansı ölkəyə məxsus olduğu açıqlanmayıb.

Qeyd edək ki, ilk dəfədir Latviyanın hava məkanında dron vurulur.

Ölkənin Ludza və Rezekne bölgələrinin sakinlərinin mobil telefonlarına hava məkanında təhlükə barədə xəbərdarlıq göndərilib. Bu xəbərdarlıq əhalinin sığınacaqlara üz tutmasını nəzərdə tutur.

Son aylarda Estoniya, Litva və Latviyanın hava məkanına dəfələrlə pilotsuz aparatlar daxil olub. Həmin ölkələrin hakimiyyət orqanları bildiriblər ki, bunlar Rusiyanın radioelektron mübarizə vasitələrinin təsiri nəticəsində marşrutdan yayınaraq Baltik ölkələrinin hava məkanına düşən Ukrayna dronlarıdır. Rusiya isə əksinə, Baltik dövlətlərini Ukrayna pilotsuz aparatlarının Rusiya ərazilərinə hücumları üçün öz hava məkanlarından istifadəyə şərait yaratmaqda ittiham edib.

Mayın əvvəlində Latviyada iki Ukrayna pilotsuz aparatının Rusiya istiqamətindən ölkənin hava məkanına daxil olması siyasi qalmaqala səbəb olmuşdu. Həmin vaxt müdafiə naziri Andris Sprūds istefa vermiş, o, ölkənin təhlükəsizliyini təmin edə bilməməkdə günahlandırılmışdı. Bundan sonra hakim koalisiya dağılmışdı.

Medianews.az

Bizə qoşulun