İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal qol rekordları haqqında düşünməsə də, çağırışı qəbul edib DÇ-2026-nın yarımfinalında Fransa qapısına yol tapmağa hazır olduğunu bildirib.
Medianews.az xəbər verir ki, bu barədə 19 yaşlı futbolçu oyunöncesi mətbuat konfransında danışıb.
Baş məşqçi Luis de la Fuentenin yanında qatılmağı şəxsən özü xahiş edən gənc ulduz iddialı açıqlamalar verib: "Qollar məni o qədər də narahat etmir, lakin belə vacib oyunda fərqlənmək xüsusi bir tarixdir. Ona görə də mən bu çağırışı qəbul edirəm! Numerologiyaya isə inanmıram. Bəli, 19 nömrəli formanı geyinirəm, final isə iyulun 19-da keçiriləcək, lakin bunlar sadəcə rəqəmlərdir. Portuqaliya məşqçisi də oxşar şeylər danışırdı, sonda isə onlara qolu Merinomuz vurdu".
Medianews.az