Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının cənubunda yerləşən Əbha hava limanına raket hücumu həyata keçirdiklərini bəyan ediblər.
Medianews.az xəbər verir ki, husilər bu addımı Sənə hava limanının bombalanmasına cavab kimi qiymətləndiriblər.
Səudiyyə Ərəbistanı rəsmiləri isə raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıblar.
Məlumata görə, bu, 2022-ci ildən bəri husilərin Səudiyyə Ərəbistanına qarşı həyata keçirdiyi ilk belə hücumdur. Hadisə son dörd ildə qüvvədə olan qeyri-rəsmi atəşkəsin taleyi ilə bağlı narahatlıqları artırıb və Yəmən münaqişəsinin yenidən alovlanması riskini gündəmə gətirib.//Modern.az