Medianews.az
26 yaşlı fenomen Dubayda
79 baxış

26 yaşlı fenomen Dubayda faciəvi şəkildə öldü

Braziliyalı 26 yaşlı kontent istehsalçısı Kauana Bilyar Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşadığı hündürmərtəbəli binanın 27-ci mərtəbəsindən yıxılaraq həyatını itirib.

Medianews.az xəbər verir ki, fenomenin ölümü ilə bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Braziliyanın "G1" nəşrinin yaydığı məlumata görə, faciə iyulun 7-də baş verib. Fenomenin əmisi bildirib ki, iki ildir Birləşmiş Ərəb Əmirliklərində yaşayan Kauana Bilyar yaşadığı mənzilin eyvanından yıxılıb.

Nəşrin məlumatına əsasən, Kauananın anası Darla Bilyar istintaq prosesini izləmək və qızının nəşini vətəninə aparmaq üçün Dubaya yollanıb.

Braziliya Xarici İşlər Nazirliyi isə Əbu-Dabidəki səfirliyi vasitəsilə hadisəni nəzarətdə saxladığını açıqlayıb.

Qızının ölümündən sonra iyulun 9-da instaqramda video paylaşan Darla Bilyar onun haqqında səsləndirilən iddialara münasibət bildirib:

"Dünyasını dəyişmiş qızımın xatirəsinin onu tanımayan insanlar tərəfindən mühakimə olunmasını, hörmətsizliyə məruz qalmasını izləmək məcburiyyətindəyəm. Ağrı başqasına aid olanda hökm vermək asandır. Ailəmizin nələr yaşadığını təsəvvür etmək çox çətindir"

Faktları bilmədən dedi-qodu yayan və ya mühakimə yürüdən hər kəsdən yalnız bir xahişim var, empatiya göstərin. Bu gün mənim qızımın başına gələn hadisə sabah sizin sevdiyiniz bir insanın da başına gələ bilər".

Qeyd edək ki, Kauana Bilyar instaqram hesabında son paylaşımını iyunun 25-də edib. O, həmin paylaşımında bir pişiyi necə sahibləndiyini danışıb./Axşam.az

Bizə qoşulun