Medianews.az
Şuşada Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin
73 baxış

Şuşada Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin növbəti iclası keçirilir

IV Şuşa Qlobal Media Forumu çərçivəsində Türk Xəbər Agentlikləri Alyansının (ATNA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilir.

Medianews.az AZƏRTAC-a istinadla xəbər verir ki, iclasda alyansa üzv xəbər agentlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsi, birgə media layihələri və informasiya mübadiləsinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Həmçinin qlobal media mühitində qarşılıqlı fəaliyyətin artırılması və gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılacaq.

Bizə qoşulun