Medianews.az
İngiltərə millisinin müdafiəçisi:
73 baxış

İngiltərə millisinin müdafiəçisi: "Bu, Messi ilə görüşmək üçün fürsətdir"

İngiltərə millisinin müdafiəçisi Niko O'Reyli 2026-cı il dünya çempionatının yarımfinal matçında Argentina millisinə qarşı argentinalı hücumçu Lionel Messi ilə görüşmək barədə danışıb.

Medianews.az xəbər verir ki, futbolçu, Messi ilə qarşılaşmağını səbirsizliklə gözlədiyin deyib: 

“Bu, unikal bir fürsətdir. O, karyerasının sonuna yaxınlaşır. Mənim üçün o, futbol meydançasına çıxan ən yaxşı oyunçudur. Və bəli, mən bu çətinliyi həqiqətən səbirsizliklə gözləyirəm". 

Oyun 15 iyulda Mercedes-Benz Stadionunda keçiriləcək. 2026-cı il Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Hazırkı dünya çempionu Argentinadır.

Medianews.az

Bizə qoşulun