ABŞ-də 18 yaşlı qız tərk edilmiş raket şaxtasında mahsur qalıb.
Medianews.az xəbər verir ki, hadisə Kolorado ştatında baş verib.
Qız mədənə iki azyaşlı ilə birlikdə yerli vaxtla səhər saat 3:30 radələrində daxil olub və onlarla birlikdə nərdivandan düşüb. Yoldaşları qaça biliblər, lakin o, içəridə ilişib qalıb.
Qızın xilas edilməsi üçün xilasedicilər çağırılmalı olublar. Qız mədəndə təxminən dörd saat keçirib.
Hadisədən sonra Delqado tərk edilmiş raket siloslarına düşməyin təhlükələri barədə xəbərdarlıq edib. O, içəridə zəhərli qazların toplandığını və zəhərlənmə riski yaratdığını söyləyib. O, həmçinin düşmə riski barədə də xəbərdarlıq edib. Qadının məsuliyyətə cəlb edilib-edilməyəcəyi hələlik məlum deyil.
Medianews.az